"Taliban" Pəncşirdə üsyançı qüvvələrə zərbələr endirib


Dünya 10 May 2022 09:18:00 171 0

"Taliban" Pəncşirdə üsyançı qüvvələrə zərbələr endirib

"Taliban" hərəkatının silahlı birləşmələri Əfqanıstanın Pəncşir əyalətində Milli Müqavimət Cəbhəsinin üsyançılarının mövqelərinə irimiqyaslı zərbələr endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TOLOnews" televiziya kanalına region administrasiyasının nümayəndəsi Abubakar Sidikki bildirib.

"Milli Müqavimət Cəbhəsinin ən azı 10 əməkdaşı məhv edilib, bizim tərəfimizdən itkilər beş nəfər ölüb, iki nəfər yaralanıb", - deyə A.Siddiki qeyd edib.

Onun sözlərinə görə, Pəncşirdə vəziyyət nəzarət altındadır, hazırda orada "Taliban"ın 5 min döyüşçüsü yerləşdirilib.