Bakıda 16 küçə və prospektə sıxlıq müşahidə edilir


Digərləri 10 May 2022 09:24:00 212 0

Bakıda 16 küçə və prospektə sıxlıq müşahidə edilir

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paxtaxtda yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən Son.az-a verilən xəbərə görə, hazırda sıxlıq olan küçələrinin siyahısını təqdim edir:

1. Zərifə xanım Əliyeva küçəsində, Azadlıq prospekti ilə kəsişmədən, Rəsul Rza küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində, eyni zamanda A. Puşkin küçəsi ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

5. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər,Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

6. Rəşid Behbudov küçəsinin, Zərifə xanım Əliyeva küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

7. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

8. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə olunur.

9. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.