"Kəsdiyi başa sorğu, sual yoxdur" Dilarə Əliyeva
Şou-biznes 27 Yan 2022 20:18:00 134 0
Əməkdar artist Dilarə Əliyeva da Xalq artisti Aygün Kazımovanın ad günündə yer alıb.
Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa gecədə çıxışı ilə hər kəsin marağına səbəb olub.
Zarafatları ilə qonaqları güldürən Dilarə müğənniyə şeir də oxuyub.
"Qurbanlarının sayı-hesabı olmayan. O bir güldür, heç vaxt saralmayan, sormayan. Səhnədə kəsdiyi başa sorğu, sual olmayan, ipə-sapa yatmayan... Səhnədə heç kimdən geri qalmayan... Fitnəyə uymayan... Sayanı sayan, saymayanı gecə yatmağa qoymayan Aygün Kazımova" deyə, aktrisa şeirində deyib.
Mənbə: milli.az