“Türkiyədə Röyayla eyni səviyyədə tanınırıq”


Şou-biznes 27 Yan 2022 19:00:00 224 0

“Türkiyədə Röyayla eyni səviyyədə tanınırıq”

"İnşallah, inciməz, amma Türkiyədə eyni səviyyədə tanınırıq".

Son.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan haqda adaşı Röya Məmmədova (Hiss) deyib.

"Warner Music"lə müqavilə imzalayan ifaçı "Popumuz var"da ona Röya Ayxanla bağlı ünvanlanan suala cavab verib.

""İstəmirəm" mahnım olmasaydı, təbii ki, o, daha çox tanınardı. Bütün musiqiçilər daxil hamı Röyanı tanıyır. Mənim üçün Röya Azərbaycanda indiyədək ən çox hit vermiş sənətçidir", - deyə, Hiss bildirib.