DİM abituriyentlərə çağırış etdi: Mütləq iştirak edin VİDEO


Digərləri 27 Yan 2022 17:06:00 104 0

DİM abituriyentlərə çağırış etdi: Mütləq iştirak edin  VİDEO

Magistratura və buraxılış imtahanlarının tarixləri artıq bəllidir. Lakin hələ ki, pandemiya şəraiti olduğu üçün imtahanlarla bağlı qaydalara müəyyən dəyişikliklər də ola bilər.  Dövlət İmtahan Mərkəzindən belə bir açıqlama verilib. Qaydaya uyğun olaraq iki dəfə keçirilən imtahanların bu il bir dəfə keçirilmək ehtimalı da var.

Abituriyentlər mütləq mənada qəbulla bağlı birinci imtahanlarda iştirak etməlidirlər. Dövlət İmtahan Mərkəzi bununla bağlı abituriyentlərə çağırış edib. Qurumun sözçüsü Xanlar Xanlarzadə deyib ki, pandemiya şəraiti davam etdiyindən ikinci imtahanların keçirilib-keçirilməyəcəyi sual altındadır...

Xanlar Xanlarzadə bildirib ki, artıq magistratura imtahanlarının keçiriləcəyi tarix də dəqiqləşdirilib. Təhsilin bu pilləsinə imtahanlar fevralın 20-də respublikanın 5 şəhər və rayonunda keçiriləcək.

Xanlar Xanlarzadə buraxılış imtahanlarının keçirələcəyi tarixlərin də artıq bəlli olduğunu bildirib. 

O ki qaldı bakalavrlar üçün qəbul imtahanların tarixinə, Xanlar Xanlarzadə bu tarixin hələ dəqiqləşdirilmədiyini bildirib.