İranda daha 30 nəfər koronavirusdan ölüb


Dünya 27 Yan 2022 18:00:00 102 0

İranda daha 30 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 14 285 nəfər koronavirusa (COVID-19) yoluxub, 30 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 333 nəfərə, yoluxanların sayı isə 6 293 695 nəfərə çatıb. Virus daşıyıcılarından 1 294 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 091 880 nəfər koronavirusdan sağalıb, 44,4 milyondan çox diaqnoz testi həyata keçirilib.