Bu binanın yarısında istilik var, yarısında yox VİDEO


Digərləri 27 Yan 2022 15:12:00 119 0

Bu binanın yarısında istilik var, yarısında yox  VİDEO

Bakının Xətai rayonunda yerləşən binalardan birində  bəzi sakinlər istilikdən məhrum olublar. 8 girişli binanın bir hissəsinə istiliyin verilməsi dayandırılıb. Sakinlər yaranmış vəziyyətdən şikayətçidirlər. Onlar iddia edir ki, Azəristiliktəchizat quruma borcu olan bəzi şəxslərə görə mənzillərə istiliyin verilməsinə məhdudiyyət tətbiq edib. Məsləyə aidiyyəti qurum da münasibət bildirib.

Paytaxtın Xətai rayonunda bir qrup sakin iddia edir ki, istilik pulunu ödəməyən şəxslərə görə onlar qış günlərini soyuq mənzillərdə keçirmək məcburiyyətində qalıb. Söhbət General Şıxlinski küçəsində yerləşən 19 saylı binadan gedir.  

Sakinlərin deyirlər ki, Azəristiliktəchizat quruma borcu olan bəzi şəxslərə görə  mənzillərə istiliyin verilməsinə məhdudiyyət tətbiq edib.  Onların sözlərinə görə həmin binada yaşayıb borcunu ödəməyən vətəndaşlara görə ödənişlərini vaxtı-vaxtında edən sakinlər də əziyyət çəkirlər. 

Sakinlər deyirlər ki, aidiyyəti qurum borcun yığılması üçün çıxış yolunu binadakı mənzillərdə istiliyin kəsilməsində görür.

Azəristiliktəchizatdan "XəzərXəbər"ə bildirildi ki, 8 girişli binanın yalnız 4 blokunda yerləşən mənzillərə borca görə istiliyin verilməsi dayandırılıb.

Qurumdan əlavə olaraq bildirildi ki, sakinlər tərəfindən borclar ödənilməsə məhdudiyyət davam edəcək.