"Küçəyə tək çıxa bilmirəm" FOTO


Şou-biznes 27 Yan 2022 09:42:00 118 0

"Küçəyə tək çıxa bilmirəm"  FOTO

Bir müddətdir ki, TRT1 ekranlarında yayımlanan "Masumlar Apartman" serialında rol alan Ezgi Mola diş məcunu reklamındakı tərəf müqabili musiqiçi Kemal Kahramandan məhkəməyə şikayət edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, 2016-cı ildə bir tamaşasına gələn Kahraman özünü tanıdaraq  gül təqdim edib, bundan sonra da Molanın bütün tamaşalarına gəlməyə başlayıb. Bir gün aktrisanın yenidən qarşısına çıxan Kahraman  ona bir şey söyləmək istədiyini deyərək aktrisanı uzun müddət narahat edib.

Məşhur aktrisa "Sizi tanımıram, məndən nə istəyirsiniz, niyə məni mütəmadi izləyirsiniz" deyəndə isə Kahraman Ezgi Molanın üstünə hücum çəkib və "Səni məhv edəcəyəm, öldürəcəyəm. Gününü görəcəksən", - deyə hədələyib.

Bundan sonra məhkəməyə müraciət edən aktrisa artıq təkcə küçəyə çıxmağa qorxduğunu, daim təşviş yaşadığını bildirib. Hakim aktrisanın tələbini haqlı bilərək, Kahraman barədə iki ay uzaqlaşdırma qərarı verib.