Ağır qəzada 2 nəfər xəsarət aldı


Digərləri 26 Yan 2022 23:05:00 116 0

Ağır qəzada 2 nəfər xəsarət aldı

Yevlax şəhəri Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Trend-in bölgə müxbiri xəbər verir ki, "VAZ 2107" "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "VAZ 2107"-də olan Goranboy sakinləri - 2003-cü il təvəllüdlü Rəhimova Türkan Əsgərxan qızı və 1974-cü il təvəllüdlü qaynanası Rəhimova Gülnar Məcid qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparıllr.