Şirin qidalar yeməyin acı fəsadları Qlikasiya nədir, əlamətlər


Digərləri 23 Yan 2022 22:25:00 178 0

Şirin qidalar yeməyin acı fəsadları  Qlikasiya nədir, əlamətlər

Son.az həkim nutrioloq Amaliya Rəhimovanın yazısını təqdim edir.

Orqanizm üçün karbohidratların əhəmiyyəti çox böyükdür. Karbohidratlar təbiətdə geniş yayılmışdır və bioloji aləmin ¾ -nü təşkil edir. Rasionun böyük bir hissəsi (60-70%) məhz karbohidratlardan ibarətdir.

Onlar sadə və mürəkkəb şəkərlərə bölünərək, orqanizmdə müxtəlif funksiyalar icra edirlər. Karbohidratlar (K/h) bir neçə qrupa ayırd edilir: monosaxaridlər (qlükoza, qalaktoza, fruktoza); disaxaridlər (saxaroza, maltoza, laktoza); polisaxaridlər (mürəkkəb şəkərlər-nişasta, amilopektin, qlikogen, pektin, liflər, sellüloza).

Qlükoza bir çox metabolik proseslərdə iştirak edir, lakin ən önəmli funksiyası - enerji təminatıdır; bir çox zülalların fəaliyyəti karbohidratla birləşmiş formada mümkündür (fermentlər, daşıyıcı zülallar, hormonlar); lipidlər, aminturşular, nukleotidlərin sintezi üçün vacib olan bir çox üzvi birləşmələr karbohidratların metabolizmi zamanı əmələ gəlir;

karbohidrat törəməsi olan qlükuronidlər ksenobiotiklərin və endogen toksinlərin detoksiyasında iştirak edir. Karbohidratlar əvəzolunmaz komponent sayılmır; onların defisiti zamanı yaranmış hipoqlikemiyanı kompensasiya etmək üçün zülal və yağlardan istifadə olunur, lakin bu, orqanizm üçün qeyri-effektiv yoldur.

Praktik sağlam insanda düzgün qidalanma zamanı orqanizmə daxil olan şəkər ilk növbədə enerji sintezinə qoşulur; digər bir hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin keçən əsrin sonundan başlayan və hazırda çox böyük vüsət almış karbohidrat bumu, yəni qida rasionunda əsasən karbohidratların (xüsusən də tez mənimsənilib insulin şıçrayışına səbəb olan sadə şəkərlərin) ifrat qəbulu bir çox patologiyaların, o cümlədən, geriyədönməz proseslərin inkişafına səbəb olmuşdur.

Problem kimi orta və yaşlı insanlarda daha çox müşahidə olunsa da, uşaq qidalanmasında da mühüm aqressiv faktora çevrilmişdir. Belə ki, uşaqlar tərəfindən aramsız reklam sayəsində çox geniş istehlak olunan hazır qablaşmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və müasir uşaq artıq səhər yeməyi zamanı gündəlik şəkər normasını almış olur. Bəs yanlış qidalanma sayəsində yaranmış şəkər artıqlığı nə kimi fəsadlar törədə bilər?

Məlumdur ki, biokimyəvi reaksiyaların getməsi, adətən, müəyyən fermentlərin iştirakı ilə baş verir. Hiperqlikemiya zamanı (karbohidratların həddən artıq qəbulu: çörək; unlu-şəkərli şirniyyatlar, şirin içkilər; yaxud şəkərli diabet xəstəliyi olduqda) sərbəst şəkərlər orqanizmin istənilən zülalı ilə birləşərək onların funksiyasını pozur;

mürəkkəb biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksik olan qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bunların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Bu məhsulların diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson xəstəliyi, dağınıq skleroz, artroz, digər degenerativ xəstəliklərin patogenezində rolu sübut olunmuşdur.

Orqanizmin mühüm əhəmiyyətli zülallarının qlikasiya nəticəsində yaranan funksiya pozulmasına aiddir:

• damar divarı zülalının zədələnməsi damarların elastikliyin azalması (rigidliyinə) və qan dövranı pozulmalarına səbəb olur. •kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir ki, bu da dəri qocalmasına, bağ və vətərlərin boşalmasına, qığırdaq degenerasiyasına səbəb olur

•eritrosit membranları elastikliyini itirdiyindən hüceyrə formasını dəyişə bilmir və öz ölçüsündən kiçik kapilyar mənfəzindən keçə bilmir.

•göz bülluru zülalının zədələnməsi nəticəsində katarakta inkişaf edir. •qlikasiyaya uğramış qan zərdabının albumin transport və detoksikasiya funksiyasını, bilirubin və uzunzəncirli yağ turşularını birləşdirmək qabiliyyətini itirir.

•immunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir.

•böyrəklərin yumaqcıq aparatının zədələnməsi membranların qalınlaşmasına və onların keçiriciliyinin dəyişməsinə gətirib çıxarır

•sinir lifləri qişalarının, o cümlədən, mielinin zədələnməsi sinir impulslarının ötürülməsini əngəlləyir.

•insulinin qlikasiyası onun reseptorlara qarşı həssaslığını azaldır. •immun hüceyrəsinin reseptoru ilə birləşərək iltihab prosesinə təkan verir. •DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur.

•azot monooksidin sintezini inhibə edərək damar genişlənməsini əngəlləyir. •xolesterinin oksidləşməsini sürətləndirir.

AGE orqanizmdə yaranmaqla yanaşı xaricdən də daxil olur, belə ki, yüksək temperaturda sobada və ya yağda qızardılmış qidalar (toyuq, kartof...) AGE ilə zəngin olur. Belə qidaların müntəzəm istifadəsi, karbohidrat qəbulu ilə birlikdə yuxarıda qeyd olunan hallara, erkən qocalmaya, xroniki xəstəliklərə səbəb olur. Şəkər tək sağlamlığın itirilməsi deyil, həmçinin, gözəlliyə də xeyli xələl gətirir, belə ki, dəri karkası olan, onun elastikliyini təmin edən kollagen və elastin kimi zülalların zədələnməsi dərinin erkən sallanmasına və qırışmasına səbəb olur. /medicina.az

Yol qəzasında "BMW" yanıb like
  • 23 Yan 22:20  
Digərləri Yol qəzasında "BMW" yanıb

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı

arrow Ətraflı
İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti like
  • 23 Yan 22:04  
Digərləri İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti

Həkimlər aydınlaşdırıblar ki, qaraciyər problemləri insan orqanizminin 5

arrow Ətraflı
ÜST Omicrondan daha yoluxucu ştamlarının meydana çıxmasını istisna etməyib like
  • 23 Yan 21:50  
Dünya ÜST Omicrondan daha yoluxucu ştamlarının meydana çıxmasını istisna etməyib

"Koronavirusun gələcək ştamları omicrondan daha yoluxucu ola bilər&qu

arrow Ətraflı
Yük avtomobili yanıb like
  • 23 Yan 21:30  
Digərləri Yük avtomobili yanıb

Göygöl rayonunda "Mercedes" markalı yük avtomobilinin mühərrik v

arrow Ətraflı
Təcili tibbi yardım avtomobili qəzaya düşüb like
  • 23 Yan 21:20  
Digərləri Təcili tibbi yardım avtomobili qəzaya düşüb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
ÜST: Omicron Avropada pandemiyaya son qoya bilər like
  • 23 Yan 21:10  
Dünya ÜST: Omicron Avropada pandemiyaya son qoya bilər

"Koronavirusun omicron ştamı Avropada pandemiyaya son qoya bilər".

arrow Ətraflı
Vitaminlərin aşırı dozada qəbul edilməsi orqanizmdə fəsadlara səbəb ola bilər like
  • 23 Yan 21:05  
Digərləri Vitaminlərin aşırı dozada qəbul edilməsi orqanizmdə fəsadlara səbəb ola bilər

Özümüzü halsız, yorğun hiss edəndə orqanizmdə vitamin çatışmazlığ

arrow Ətraflı
Türkiyədə son sutkada koronavirusdan 185 nəfər ölüb like
  • 23 Yan 21:00  
Dünya Türkiyədə son sutkada koronavirusdan 185 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər ölüb.

arrow Ətraflı
Barmaqlarda yaranmış bu simptom ağciyər xərçəngində ola bilər like
  • 23 Yan 20:55  
Digərləri Barmaqlarda yaranmış bu simptom ağciyər xərçəngində ola bilər

Ağciyərlərdə olan bəd xəstəliyi barmaqlardakı dəyişikliklərdən anlam

arrow Ətraflı