İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itiriblər


Dünya 23 Yan 2022 22:44:00 86 0

İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itiriblər

Dünyanın ən varlı insanları - "Tesla"nın qurucusu İlon Mask və "Amazon"un sahibi Ceff Bezos texnoloji səhmlərin qiymətlərinin azalması səbəbindən bir həftə ərzində rekord məbləğ itiriblər.

Bu xəbəri də oxu: BMT Şimali Koreyaya köməyə

Son.az APA-ya istinadən bildirir ki, Mask son 7 gündə 25,1 milyard dollar itirib, nəticədə sərvəti 9%-dən çox azalıb.

Bezos isə 20 milyard dollar itirib. İtirilən məbləğin 17,7 milyard dolları "Binance"ə aid "Changpeng Zhao"nun payına düşür.

"Meta"nın (keçmiş Facebook) baş direktoru Mark Zukerberqin sərvəti isə 10,4 milyard dollar azalıb.

Qeyd edək ki, keçən həftə bazarlarda pandemiyanın başlanmasından bəri səhmlərin qiymətlərində ən çox enmə qeydə alınıb.

Bir gün əvvəl Mask "Tesla" investorlarını "hövsələdən çıxardığına" görə mühakimə olunub.

Səhmdarların məhkəməyə müraciət etməsinə səbəb Maskın 2016-cı ildə direktorlar şurasını milyarderin əsas səhmdarı olduğu "SolarCity"nin alınmasına razılıq verməyə məcbur etməsi olub. Bildirilir ki, yeni şirkətin satın alınması "Tesla"nı "SolarCity"nin maliyyə problemləri və borcları ilə üz-üzə qoyub.

2016-cı ildə sövdələşmə baş tutub - satınalma 2,6 milyard dollar məbləğində "Tesla" səhmləri tərəfindən ödənilib. İddiaçılar Maskın birləşmə üçün aldığı və o vaxtdan bəri xeyli bahalaşan aktivlərin qaytarılmasını tələb edirlər.

Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək? like
  • 23 Yan 22:40  
Dünya Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək?

Ermənistanda növbədənkənar prezident seçkilərinə qədər prezident səla

arrow Ətraflı
Yol qəzasında "BMW" yanıb like
  • 23 Yan 22:20  
Digərləri Yol qəzasında "BMW" yanıb

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı

arrow Ətraflı
İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti like
  • 23 Yan 22:04  
Digərləri İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti

Həkimlər aydınlaşdırıblar ki, qaraciyər problemləri insan orqanizminin 5

arrow Ətraflı
ÜST Omicrondan daha yoluxucu ştamlarının meydana çıxmasını istisna etməyib like
  • 23 Yan 21:50  
Dünya ÜST Omicrondan daha yoluxucu ştamlarının meydana çıxmasını istisna etməyib

"Koronavirusun gələcək ştamları omicrondan daha yoluxucu ola bilər&qu

arrow Ətraflı
Yük avtomobili yanıb like
  • 23 Yan 21:30  
Digərləri Yük avtomobili yanıb

Göygöl rayonunda "Mercedes" markalı yük avtomobilinin mühərrik v

arrow Ətraflı
Təcili tibbi yardım avtomobili qəzaya düşüb like
  • 23 Yan 21:20  
Digərləri Təcili tibbi yardım avtomobili qəzaya düşüb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı