Bu qidalar sümükləri əridir


Digərləri 23 Yan 2022 22:49:00 136 0

Bu qidalar sümükləri əridir

Sümüklər bədənimizdəki ən güclü toxumadır.

Son.az bildirir ki, bəzi məhsullar insan bədənindəki sümüklərin əriməsinə gətirib çıxarır.

Duz. Kalsium sümüyün əsas hissəsini təşkil edir. Kalsiumun 99% -i sümüklərdə və dişlərdə olur. Duzdan ibarət olan natrium kalsiumu qandan kənarlaşdırır və nəticədə kalsium böyrəklərdən sidiklə xaric olur. Qanda natriumum səviyyəsi yüksək olanda isə sümüklər parçalanmağa başlayır.

Bunun üçün yarımfabrikatlardan - dondurulmuş yeməklər, konservləşdirilmiş şorbalar, pizza və "fast food"dan imtina etmək lazımdır. Az duz yemək də əsas faktorlardan biridir. Onda kalsium sidiklə bədəndən xaric olmaz, yəni sümüklər möhkəm olacaq.

Alkoqol. Spirtli içki kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Alkoqol, sümük əmələ gətirən hüceyrələri (osteoblastlar - Red) sıradan çıxarır və bu səbəbdən sümük hüceyrələri məhv olur. Bütün bunlar tez-tez sınıqlara səbəb olur. Odur ki, spirtli içkidən imtina ən effektiv müalicədir.