Gözə təsir edən şüalar


Digərləri 23 Yan 2022 23:30:00 95 0

Gözə təsir edən şüalar

Təbiətdə gözlə görülməyən bir çox şüalar mövcuddur. Texnika və müasir texnologiyalarsız ötüşməyin mümkün olmadığı indiki dövrdə hər gün istifadə etdiyimiz telefon, planşet, televizor və kompüter kimi cihazlardan əks olunan ultrabənövşəyi şüalar göz yorğunluğu, yuxusuzluq və göz quruluğunun yaranmasına səbəb olur.

Son.az bildirir ki, həkim-oftalmoloq Gülnar Əliyevanın dediyinə görə, mavi işığa 15-45 yaş aralığında olanlar daha çox məruz qalırlar: "Gözün ön hissəsinə, genetik olaraq gözün arxa hissəsində xəstəlikləri olanlarda onun daha da şiddətləndiyi və həmin hala rastgəlmə tezliyinin daha da artdığı müşahidə olunur. Həmin xəstələrə quru göz sindromu diaqnozu qoyulur. Sindromun rastgəlmə tezliyinin səbəbi kompüter və planşetlərdən çox istifadə olunan zaman həm gözün qırpılmasının azalması, həm də texniki vasitələrdən gözə gələn təsirdir.

Gözə düşən şüalar 420 nanometrdən çox olmamalıdır. Şüaya məruz qalan gözlərdə yaranan narahatlıqları aradan qaldırmaq üçün göz yaşı damcıları və qoruyucu eynəklərdən istifadə olunur. Həkim-oftalmoloq deyib: "Həmin xəstələrin üzləşdikləri sindromdan müalicə etməklə yanaşı həm də gözü şüadan qoruyan eynəklər təyin olunur. Bundan sonra həmin xəstələrdə quru göz sindromunun, o cümlədən, batma, yanma və yad cisim hissiyyatının azaldığının şahidi oluruq".

Qoruyucu eynəyin düzgün seçimi göz sağlamlığı üçün çox vacibdir. Eynək yüngül və plastik olmalı, burun və qulağın arxa hissəsində narahatlıq yaratmamalıdır. Həmin eynəklər günəş şüalarının da təsirini azaldaraq baş ağrısı və göz yorğunluğunu aradan qaldırmağa kömək edir.

Bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb like
  • 23 Yan 23:25  
Dünya Bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb

Tatarıstanda toydan 3 gün sonra bəy həyat yoldaşını və onun bacısını

arrow Ətraflı
Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı like
  • 23 Yan 23:10  
Digərləri Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı

Həkim Aleksandr Myasnikov immun çatışmazlığı olan xəstələri COVID-19-u

arrow Ətraflı
Müşviq Abbasov yalan danışır?  FOTO like
  • 23 Yan 22:55  
Digərləri Müşviq Abbasov yalan danışır? FOTO

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandal

arrow Ətraflı
İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itiriblər like
  • 23 Yan 22:44  
Dünya İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itiriblər

Dünyanın ən varlı insanları - "Tesla"nın qurucusu İlon Mask və

arrow Ətraflı
Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək? like
  • 23 Yan 22:40  
Dünya Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək?

Ermənistanda növbədənkənar prezident seçkilərinə qədər prezident səla

arrow Ətraflı
Yol qəzasında "BMW" yanıb like
  • 23 Yan 22:20  
Digərləri Yol qəzasında "BMW" yanıb

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı

arrow Ətraflı