Sızanaqları, qırışları və iltihabı aradan qaldıran yağlar
Digərləri 23 Yan 2022 14:00:00 223 1
Təbii yağlar dərini sağaldır, nəmləndirir və qoruyur. Əlbəttə ki, hər kəsin dəri quruluşu fərqlidir və bu nöqtədə sizin üçün ən uyğun olanı tapmaq, dərini və istifadə edəcəyiniz məhsulları tanımaq lazımdır.
Son.az Axşam.az-a istinadən cild baxımında istifadə edə biləcəyiniz yağlar təqdim edir.
1. Arqan Yağı
Arqan yağı saç baxımında, həmçinin, dəridə yaşlanma əlamətləri yarandıqda istifadə olunur. Cildin nəm və rəng balansında, elastikliyinin bərpasında da mühüm rol oynayır. Yüksək miqdarda E vitamini, yağ turşuları və antioksidanlar ehtiva edən arqan yağı kollageni dəstəkləyir, sızanaqları müalicə edir və erkən yaşlanma əlamətlərinin qarşısını alır. Bu yağdan maskalar hazırlayarkən də istifadə edə bilərsiniz.
2. Zeytun yağı
Tərkibindəki A və E vitaminləri, güclü antioksidanlar iltihaba və qırışlara qarşı faydalıdır. Dərini nəmləndirən, təmizləyən və qoruyan zeytun yağı günəş ləkələrini müalicə edir. Hətta bu yağdan makiyajı təmizləmək üçün də istifadə edə bilərsiniz.
3. Kokos yağı
Həm saç, həm də dəri üçün əvəzolunmazdır. Hüceyrələri bərpa edərək iltihabı aradan qaldırır, dərinin quruluğunu müalicə edir.
4. Avokado yağı
Beta-karoten, lesitin və A, D və E vitaminləri ilə zəngindir. Dərinizi nəmləndirir və qırışları azaldır. Eyni zamanda, kollagen istehsalını da artırır.
5. Çin simmondiyası yağı