Bu ölkədə omikronun yeni növü aşkar edildi


Dünya 22 Yan 2022 09:36:00 112 0

Bu ölkədə omikronun yeni növü aşkar edildi

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan koronavirusunun "omikron" ştammının BA.2 yeni alt növünü aşkar ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

Bildirlib ki, indiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb ki, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir.

Qeyd olunub ki, BA.2 subvariantına yoluxma dünyanın 40 ölkəsində müşahidə edilib. Hazırda ona yoluxanların ümumi sayı 8 mini ötüb.

Eyni zamanda, məlumdur ki, BA.2-yə ilk yoluxma halları Filippində qeydə alınıb. Onların böyük əksəriyyəti - 6,4 min nəfər olmaqla Danimarkada aşkarlanıb. Həmçinin Hindistan (530), İsveç (181) və Sinqapurda (127) da BA.2 daşıyıcıları müəyyən edilib.