AMEAda təcili müşavirə keçirildi, Kərim Şükürovun istefası qəbul olunmadı


Digərləri 21 Yan 2022 15:00:00 96 0

AMEAda təcili müşavirə keçirildi, Kərim Şükürovun istefası qəbul olunmadı

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun Baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.

Bu barədə Son.az-a akademiyadan bildirilib.

Qeyd olunub ki, K.Şükürov bu gün günorta saatlarında vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib.

Bildirilib ki, müşavirədə məsələ müzakirə edilib və K.Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib.

"Müşavirədə qərara alınıb ki, professor Kərim Şükürov Tarix İnstitutunun Baş direktoru vəzifəsində fəaliyyətini davam etdirsin və mövcud nöqsanları özü aradan qaldırsın", - AMEA-dan bildirilib.

Amma buna baxmayaraq, K.Şükürov bu gün işə çıxmayıb və AMEA rəhbərliyi tərəfindən hələlik onunla əlaqə saxlamaq mümkün olmayıb.