Tokayev etiraf etdi: İğtişaşların kökündə bu dayanırdı


Dünya 21 Yan 2022 14:12:00 179 0

Tokayev etiraf etdi: İğtişaşların kökündə bu dayanırdı

Ölkədə baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəlirləri arasındakı uçurum dayanır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

"Varlı ilə kasıb arasındakı uçurum qəbuledilməz həddə çatıb. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynadı", - Tokayev bildirib.

Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb.