Saatlıda ərzaq mağazası yanıb


Digərləri 20 Yan 2022 18:52:00 112 0

Saatlıda ərzaq mağazası yanıb

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.