Ehtiyatsızlıqdan özünü vurdu


Digərləri 20 Yan 2022 16:07:00 123 0

Ehtiyatsızlıqdan özünü vurdu

Lerik Rayon Polis Şöbəsinə yanvarın 18-də Şinəband kənd sakini L.Balakişiyevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayağının topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən mılumata görə, yaralı xəstəxanaya yerləşdirilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən L.Balakişiyevin qanunsuz saxladığı ov tüfəngi götürülüb.