“Özlərini qəsdən Omicrona yoluxduranlar..."


Dünya 20 Yan 2022 08:33:00 105 0

“Özlərini qəsdən Omicrona yoluxduranlar..."

"Koronavirusun omicron ştamına yoluxma COVID-19-un bütün sonrakı variantlarından qorunmanı təmin edəcəyi ilə bağlı təsəvvürlər yanlışdır".

Son.az APA-ya istinadən xəbər verir ki,  bunu Avstraliyanın Melburn şəhərindən olan cərrah-otolarinqoloq Erik Levi "tvitter"də yazıb.

Mütəxəssis bildirib ki, hətta bəzi insanlar qəsdən özlərini omicrona yoluxdurmağa çalışırlar:

"Axı siz bilmirsiniz ki, immunitet sisteminiz zərbə almağa hazır olacaq ya yox. Çoxlarına bu xəstəlik son dərəcə çətinliklər yaradır".

Həkimin fikrincə, belə təhlükəli addım onları gələcək yoluxmalardan xilas etməyəcək.