Neftçalada baş verən qəzada 2 nəfər


Digərləri 20 Yan 2022 09:00:00 120 0

Neftçalada baş verən qəzada 2 nəfər

Neftçala rayonunun Xolqarabucaq kəndində yol qəzası qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, "VAZ 2105" markalı avtomobilin təkəri qırıldığından idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Nəticədə Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri - 1996-cı il təvəllüdlü Səfərov İlqar Şahmar oğlu ağır kəllə-beyin travması ilə, 1997-ci il təvəllüdlü Qasımov Elvin Eldəniz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdiriliblər. Birincinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.