Braziliya yenə koronavirus antirekordunu yenilədi


Dünya 20 Yan 2022 07:05:00 98 0

Braziliya yenə koronavirus antirekordunu yenilədi

Braziliyada ardıcıl ikinci gündür ki, sutka ərzində rekord sayda yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, son 24 saat ərzində 204 854 yeni yoluxma hadisəsi aşkarlanıb.

Bu, yanvarın əvvəlindən bəri üçüncü gündür ki, ölkədə COVID-19-a yoluxanların sayının gündəlik artımı 100 mini keçib.