Bill Qeyts daha təhlükəli pandemiya barədə xəbərdarlıq etdi


Dünya 19 Yan 2022 23:20:00 106 0

Bill Qeyts daha təhlükəli pandemiya barədə xəbərdarlıq etdi

"Microsoft"un qurucusu, milyarder Bill Qeyts dünyanın koronavirusdan daha dəhşətli pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib və hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlar ayırmağa çağırıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Financial Times" yazıb. 

Bill Qeyts bildirib ki, koronavirusun "omicron" və "delta" ştammları indiyə qədər ən çox yayılan viruslar sırasında olsa da, dünya daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan patogenlə üzləşməli ola bilər.