Pakistanda partlayış nəticəsində qatar relsdən çıxıb, yaralılar var
Dünya 19 Yan 2022 08:26:00 116 0
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin qatarı bomba partlaması nəticəsində relsdən çıxaraq aşıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı federal dəmir yolları naziri Məhəmməd Əzəm Xan Svati bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Bildirilir ki, hərəkətdə olan qatarın yaxınlığında partlayıcı qurğu işə salınıb. Nazir əlavə edib ki, digər sərnişinlər artıq əlavə qatarla mənzil başına yola salınıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Mənbə: milli.az