Yuxu və yuxu yozumu


Digərləri 16 Yan 2022 22:50:00 332 0

Yuxu və yuxu yozumu

İnsan ruh və bədənin birləşməsindən ibarətdir. Ruh bədəndən öz evi kimi istifadə edir. Belə ki, ruh insan yuxuda olduğu vaxt çıxıb gedir və oyandığı vaxt geri qayıdır. Ölən bədən uçmuş ev kimidir; yenidən tikilənə qədər ruh oraya qayıtmır. Aşağıdakı ayə bu məsələdən bəhs edir:

"Allah ölüm(ü) vaxtı ruhları alır, ölməyənlərinkini də yuxuda alır. Ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxtadək təxir edir. Düşünən bir qövm üçün bunda əlamətlər vardır". ((Zumər, 39/42. Bu ayə Ərəb dilindən Azərbaycan dilinə belə tərcümə edilmişdir:

Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır! - Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsi.

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. - Ə. Musayevin tərcüməsi.))

Yatan və ölən bədəndir. Ruh nə ölür, nə də yatır. Qurani-Kərim bizə ölmüş bədəndən çıxan ruhun danışacağı sözləri bildirir:

"Onlardan birinə ölüm gələndə deyər: "Rəbbim! Məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm". Xeyr, bu onun dediyi sözdür. Onların arxalarından yenidən diriləcəkləri günədək bərzəx (maneə, sədd) var". (Müminun, 23/99-100)

Deməli, ölən insanın ruhu ilə yatanın ruhu eyni yerə gedib bir-birilə görüşür. Fikirləşən hər bir şəxs bununla yuxu arasında əlaqə qura bilər. Bir-birinə rast gələn ruhlar danışa və bir-birinə məlumat verə bilər. Peyğəmbərimizin babası Abdulmuttalib gördüyü yuxuya əsasən uzun müddətdən bəri yox olub gedən Zəmzəm quyusunu və oradakı xəzinəni tapıb çıxartmışdı.

Qurani-Kərimdə yuxu ilə əlaqədar çoxlu misallar var. Belə ki, Quranda (Yusuf surəsində) Yusuf peyğəmbərin yuxusu, onunla birlikdə həbsdə olan iki nəfərin yuxuları və hökmdarın yuxusundan danışılır. Saffat surəsinin 102-ci ayəsindən 110-cu ayəsinə qədər İbrahim peyğəmbərin yuxusu, Fəth surəsinin 27-ci ayəsində isə Muhəmməd peyğəmbərin yuxusu danışılır. Bu yuxular hansısa izaha ehtiyac olmayacaq şəkildə açıq-aydındır.

YUXU YOZMAQ

İndi isə Yusuf peyğəmbərin gördüyü yuxunu qiymətləndirib yuxu yozmaq məsələsini başa düşməyə çalışaq:

"Misir hökmdarı belə demişdi:

"Mən yeddi kök inəyi yeddi arıq inəyin yediyini görürəm; yeddi yaşıl sünbül və bir o qədər də quru sünbül görürəm. Ey əyanlar! Yuxu yozmağı bacarırsınızsa, mənim yuxumu doğru-dürüst yozun".

Əyanlar: "Bunlar qarmaqarışıq yuxulardır. Biz bu yuxuların yozumunu bilmərik", - dedilər.

Zindandan azad olan iki nəfərdən biri xeyli vaxtdan sonra Yusufu xatırlayıb: "Mən sizə o yuxunun yozumunu bildirəcəyəm, mənə icazə verin!", - dedi. Sonra Yusufun yanına gəldi. Yusuf da yuxunu yozub belə dedi: