BMT koordinatoru Türkiyədə faciəli şəkildə


Dünya 16 Yan 2022 22:21:00 311 0

BMT koordinatoru Türkiyədə faciəli şəkildə

Türkiyənin Ərciyəs dağ-xizək kurortunda xilasedicilər tərəfindən BMT əlaqələndiricisinin meyiti aşkarlanıb.

Son.az axar.az-a istinadən bildirir ki, Qaziantepdən Kayseriyə gələn 3 nəfər Hisarcık Qapı vadisində xizək sürərkən qar uçqunu altında qalıb. Onlardan ikisi xilas edilsə də, digərinin axtarışları mənfi 25 dərəcə soyuqda bir müddət davam etdirilib. Daha sonra meyit tapılıb və ölən şəxsin Kanada vətəndaşı, BMT koordinatoru Mayk Krift olduğu müəyyən edilib.