Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır?


Digərləri 16 Yan 2022 21:10:00 95 0

Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır?

Xeyr, belə bir şey lazım deyil. Dişlərdəki plombları çıxartdırmaq sizin üçün asan deyil. Halbuki, Allah dəstəmaz və qüslü tərif etdiyi ayədə belə buyurur:

Allah sizin üçün hər hansı bir çətinlik yaratmaq istəmir (Maidə, 5/6).

Başqa bir ayədə isə belə deyilir:

(Allah) din məsələsində sizə heç bir çətinlik yükləməyib (Həcc, 22/78).

Əlavə olaraq Şafii və Maliki məzhəblərində ağız və burnun içərisi bədənin xarici hissələrindən deyil, daxili hissələrindən hesab edilir. Başqa sözlə, onların fikrinə əsasən qüsl edərkən ağız və burnu yumaq fərz (vacib) deyil, sünnədir (müstəhəb). Siz bunu da əsas götürə bilərsiniz.