Qadın 50 il qarnında uşaq daşıyıb


Digərləri 16 Yan 2022 07:51:00 114 0

Qadın 50 il qarnında uşaq daşıyıb

Bəzən həkimlər elə imkansızı bacarırlar ki, buna möcüzədən başqa heç bir ad vermək olmaz.

Ürəyi olmadan 4 ay yaşayan, 47-ci mərtəbədən yıxıldıqdan sonra marafona qatılan insanlar var. Bu cür möcüzəli hekayələrdən bir neçəsi haqqında...

E-tibb.az bildirir ki, hələ 1848-ci ildə, tibbin çox inkişaf etmədiyi vaxtlarda həkimlər möcüzəni bacarıblar. ABŞ-da dəmir yolu işçisi olan Phineas Gage iş zamanı qəza keçirir. Əlində olan dəmir dəyənək sol yanağından girir, beyindən keçərək kəllə sümüyünü sındırır, başından çıxır. Hamı dəfnə hazırlaşarkən, həkimlər ondan əllərini üzmürlər və o, uzun illər yaşayır. Sadəcə, sol tərəfi iflic olur və sol gözünü itirir.  

2007-ci ildə ABŞ-ın Kolorado ştatında yaşayan Shannon Malloy adlı qadının yol qəzasında başı qopur, baş sadəcə, nazik dəridən sallanır. Bildirilir ki, baş hətta onurğadan belə ayrılıbmış. Həkimlər qadının boynuna 5, kəlləsinə 4 mismar vururlar. Sonra isə bu mismarlar başı bütövlükdə sabit saxlayan metal sistemə birləşdirilir. Qadın hələ də yaşayır, hətta keçirdiyi qəzanı belə xatırlayır.

2010-cu ildə yenə ABŞ-da başqa bir möcüzə baş verir. Nyu-York şəhərində göydələndə təmizləyici işləyən ekvadorlu Alcides və Edgar Moreno qardaşları iş zamanı 47-ci mərtəbədən yıxılırlar. Edgar ölsə də, Alcides uzun müddət komada qalır. Həkimlərin səyi nəticəsində nəinki yaşayır, hətta qaçış marafonlarına belə qatılır.

2009-cu ildə Britaniyada gənc xanım Katrina Burgess avtomobilini 110 km/saat sürətlə idarə edərkən dəhşətli yol qəzası keçirir. Onun bədənində qırılmayan bir belə sümük qalmır. Həkimlərin xilas etdiyi bu gənc qız indi tanınmış modeldir.

Mərakeşli qadın Zəhra Ebutalib isə 50 il qarnında uşaq daşıyıb. 1955-ci ildə xəstəxanaya gətirilən Zəhra başqa bir qadının qeysəriyyə əməliyyatında öldüyünü görür, gördüklərindən sonra doğmaqdan imtina edir. Ağrıları keçdikdən sonra isə Zəhra uşağını "yatan körpə" olaraq düşünməyə başlayır. Mərakeş xalqının inancına görə, qadınların qürurunu qorumaq üçün körpələr ana bətnində yuxuya gedərək qala bilirlər. Zəhranın 75 yaşı olanda isə artıq dözə bilmədiyi ağrılar çəkməyə başlayır. Ultrasəs müayinəsindən sonra uşağın öldüyü bilinir. Möcüzə isə budur ki, Zəhranın bədəni qarındakı ölü uşağı (fetusu) orqan kimi qəbul edərək fəaliyyətinə davam edib. Amma 50 il sonra fetus ətrafdakı orqanlara zərər verməyə başlayıb. Həkimlər 5 saat çəkən əməliyyatla artıq kirəcləşmiş fetusu çətinliklə qadının bədənindən ayırırlar. Zəhra yaşamağa davam edir. Məşhur "Journal of Royal Society of Medicine" jurnalı isə yazır ki, indiyə kimi kirəcləşən fetusla bağlı 290 hal qeydə alınıb.

2008-ci ildə ABŞ-ın Miami şəhərində 14 yaşlı Zhana Simmons adlı gənc qıza ürək genişlənməsi səbəbi ilə yeni ürək köçürülür. Lakin onun orqanizmi yeni ürəyi rədd edir və həkimlər onu çıxarmaq məcburiyyətində qalırlar. Yeni ürəyin tapılması isə düz 4 ay çəkir. Gənc qız bu müddət ərzində bədənə qan vuran xüsusi cihaz vasitəsilə yaşayır. Yeni ürək köçürüldükdən sonra isə Zhana həyatını sağlam şəkildə yaşamağa davam edir.