Xərçəngdən qoruyan A vitamini xərçəngə səbəb ola bilər


Digərləri 15 Yan 2022 20:30:00 99 0

Xərçəngdən qoruyan A vitamini xərçəngə səbəb ola bilər

A vitamini antioksidantdır və onkologiyadan qoruyur, lakin onun həddindən artıq dozası, əksinə onkologiyaya səbəb ola bilər.

Digər vitaminlərin də həddindən artıq dozası mənfi nəticələr doğurur.

Məsələn, sintetik C vitamininin həddindən artıq olması böyrək daşlarının, allergik reaksiyaların yaranmasına gətirir.

D vitamininin artıqlığı isə qaraciyər problemləri, ürək bulanması, başgicəllənmə, qusma və ya qəbizliyin meydana gəlməsinə səbəb ola bilir.

E vitamininin həddindən artıq olması hamilələrdə dölün tələf olmasına gətirib çıxarır.