Paşinyanın “ağ fillər"ini Rusiyaya qaytarmaq


Dünya 15 Yan 2022 19:16:00 134 0

Paşinyanın “ağ fillər"ini Rusiyaya qaytarmaq

Ermənistanın 44 günlük Qarabağ müharibəsindən 2 il əvvəl Rusiyadan dörd Su-30SM qırıcılarını niyə aldığı hələ də müəmma olaraq qalır. Çünki bu təyyarələr Azərbaycanın Hərbi Hava Qüvvələri ilə mübarizədə keyfiyyət və kəmiyyət üstünlüyünə nail olmağa imkan vermirdi.

Bu xəbəri də oxu: İran rəsmisindən provokativ

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Oryx" portalı yazır.

Portal xatırladır ki, Ermənistanın Su-30SM qırıcıları 2020-ci ilin payızında Qarabağda gedən müharibədə istifadə edilmədi. Baxmayaraq ki, Azərbaycanın Qarabağ üzərində hava məkanına tam nəzarəti ələ aldığı, "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrinin havada hökmranlıq etdiyi bir vaxtda çoxları nəhayət bu qırıcıların tətbiq ediləcəyini gözləyirdi. Amma bu baş vermədi və Ermənistanın aldığı həmin qırıcılar "ağ fillərə" çevrilmiş oldu.

Nəşr yazır ki, Azərbaycanın öz ordusunu müasir silahlarla silahlandırdığı, müxtəlif tipli PUA-lar, uzaqvuran reaktiv sistemlər və digər silah sistemləri aldığı bir vaxtda Ermənistan Rusiyadan onlarla Su-30 qırıcısı alaraq regionda hərbi tarazlığı dəyişməyə çalışırdı. Azərbaycan isə Ermənistanın yoluyla gedib Rusiyadan Su-30 və ya digər qırıcılar almaq əvəzinə özünün Su-25 hücum təyyarələrini Türkiyə ilə birlikdə modernizasiya etdi. Modernizasiya sayəsində bu təyyarələr OFAB-250 lazer tuşlamalı bombaları, GPS-lə yönləndirilən HGK bombaları və SOM qanadlı raketləri daşımaq imkanı qazandı. Habelə bu təyyarələrdə Belarusun istehsal etdiyi "Talisman" radioelektron mübarizə sistemləri quraşdırıldı və hesab edilir ki, 44 günlük müharibə zamanı bu sistemlər ən azı bir neçə Su-25 qırıcısını Ermənistanın zenit-raket komplekslərindən qoruya bilib.

Bildirilir ki, Paşinyan hakimiyyətə gələndən az sonra Rusiya Su-30SM qırıcılarının ilk partiyasını Ermənistana çatdırmışdı. Paşinyan isə bunu silahlanmada son illərin ən mühüm hadisəsi adlandırmışdı. 2020-ci ilin martında isə Paşinyan özünün Facebook səhifəsində yazmışdı: "Dünən bizim Su-30SM qırıcılarımız döyüş raketləri ilə ilk təlim uçuşlarını keçirdi, yüksək dəqiqlikli "hava-yer" raketləri ilə hədəflərə dəqiq zərbələr endirdi. Bütün hədəflər yüksək dəqiqliklə vuruldu".

Həmin ilin iyulunda isə Paşinyan Su-30SM qırıcılarının Ermənistanın hava sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün döyüş növbətçiliyinə başladığını bildirmişdi.

Lakin çox keçmədən Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayanda Paşinyanın bu bəyanatlarını təftiş etməyə başladılar. "Tezliklə aydın oldu ki, Paşinyan öz bəyanatlarında həddən artıq ambisiyalı olub, çünki Su-30 pilotları hələ tam hazırlıq keçməmişdi və bu təyyarələri müharibədə effektiv şəkildə istifadə edə bilmirdi. Daha sonra isə məlum oldu ki, bu təyyyarələr üçün döyüş raketləri də alınmayıb. Məlum olmuşdu ki, Paşinyanın bəhs etdiyi təlimlərdə qırıcılar əslində 80 millimetrlik "hava-yer" raketlərini istifadə ediblər, "hava-hava" raketləri isə hələ alınmayıb. Bunlarsız isə Ermənistanın Su-30 qırıcıları Qarabağ üzərində çox keçmədən Azərbaycan qırıcıları və ya zenit-raket  kompleksləri tərəfindən vurulacaqdı. Lakin bunun ardınca qırıcılar üçün "hava-hava" raketlərinin təchizatının hər halda baş tutduğunu göstərən fotolar da yayılmışdı", - nəşr yazır.

Bildirilir ki, 2020-ci ilin əvvəllərində Ermənistan Su-30SM qırıcılarını Gümrüdəki aviabazada yerləşdirmişdi. Gümrü isə Azərbaycanın ballistik raketlərinin və digər yüksək dəqiqlikli silahlarının əhatəsi altında idi. Nəşr qeyd edir ki, Azərbaycan LORA raketi və ya bir neçə idarəolunan raketlə həmin bazanı məhv edə bilərdi.

Nəşrin ekspertləri qeyd edirlər ki, istənilən halda Ermənistanın Su-30 qırıcıları Azərbaycan Hərbi Hava Qüvvələrinin Türkiyə pilotları ilə birlikdə təlim uçuşları keçirmiş peşəkar pilotları tərəfindən ifadə olunaj MiQ-29 qırıcıları ilə mübarizə aparmaq üçün yetərsiz olacaqdı.

"Ermənistan Rusiyadan 12 Su-30SM qırıcısını almağı planlaşdırmaqla əslində nə etmək istəyirdi, hələ də məlum deyil. Ermənistan ya bu dörd təyyarəni məhdud imkanlarla istismar etməyə davam etməlidir, hansı ki, bu halda növbəti illərdə təyyarələrə milyonlarla dollar investisiya lazım gələcək. Ya da yüz milyonlarla dollar xərcləyib böyük sayda təyyarələr almalıdır, bu zaman qırıcıları üçün silahların, ehtiyat hissələrinin alınmasına daha çox vəsait xərcləmək lazımdır. Digər variant həmin təyyarələri Rusiyaya geri qaytarmaq və qənaət edilən pulları ordunun başqa ehtiyaclarına sərf etməkdir. Nə qədər ki, bu baş verməyəcək, Su-30SM qırıcılarını "İrəvanın ağ filləri" adlandırmaqda davam edəcəklər", - nəşr yazır.

Cücərmiş arpa suyunun like
  • 15 Yan 19:15  
Digərləri Cücərmiş arpa suyunun

Arpanın tərkibi mikro elementlərlə (mis, sink, fosfor və s) zəngindir. Bun

arrow Ətraflı
Xüsusi xidmət orqanları Azərbaycan qazını alan şirkətdə like
  • 15 Yan 19:13  
Digərləri Xüsusi xidmət orqanları Azərbaycan qazını alan şirkətdə

Bolqarıstanın xüsusi xidmət orqanları və polisi Azərbaycanın "Şahd

arrow Ətraflı
Kənddə yolunu azan qaz cücəsi, teztez ərini söyən arvad, like
  • 15 Yan 19:12  
Digərləri Kənddə yolunu azan qaz cücəsi, teztez ərini söyən arvad,

Həyat yoldaşını və onun bacısını bıçaqlamaqda ittiham olunan Şəmkir

arrow Ətraflı
Müharibənin nə zaman başlayacağı like
  • 15 Yan 19:09  
Siyasət Müharibənin nə zaman başlayacağı

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar

arrow Ətraflı
Bəzi istehsalçılar çörəyi 90 qəpiyə satır like
  • 15 Yan 19:08  
Digərləri Bəzi istehsalçılar çörəyi 90 qəpiyə satır

Məlum olduğu kimi un və çörək tədarükçüləri dünya bazarında ərzaq

arrow Ətraflı
Omikrona qarşı burun spreyi hazırlanıb: Virusu like
  • 15 Yan 19:05  
Digərləri Omikrona qarşı burun spreyi hazırlanıb: Virusu

Yeni burun spreyi yüksək risk qrupuna daxil olan xəstələrdə immuniteti qı

arrow Ətraflı
Diz ağrıları zamanı faydalı olan like
  • 15 Yan 19:01  
Digərləri Diz ağrıları zamanı faydalı olan

Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq v

arrow Ətraflı
İkirəngli yumşaq bulka  VİDEO like
  • 15 Yan 18:57  
Digərləri İkirəngli yumşaq bulka VİDEO

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
Acun Ilıcalının qızları qəzaya düşdü like
  • 15 Yan 18:51  
Dünya Acun Ilıcalının qızları qəzaya düşdü

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 15 Yan 18:45  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi

arrow Ətraflı
"Univesiteti bitirə bilməyənlər aparıcı olmaq istəyir" like
  • 15 Yan 18:15  
Şou-biznes "Univesiteti bitirə bilməyənlər aparıcı olmaq istəyir"

"Son illərdə peşəkar, doğru-düzgün, səlis, efirdə davamlı qala bi

arrow Ətraflı
Bakıda güclü külək fəsadlar törətdi like
  • 15 Yan 18:09  
Digərləri Bakıda güclü külək fəsadlar törətdi

Ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ə

arrow Ətraflı
Bu şəhərdə güclü qasırğaya görə fövqəladə vəziyyət elan edildi like
  • 15 Yan 18:07  
Dünya Bu şəhərdə güclü qasırğaya görə fövqəladə vəziyyət elan edildi

Güclü qasırğa səbəbindən Stavropolda fövqəladə vəziyyət elan edilib.

arrow Ətraflı
Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb” like
  • 15 Yan 18:03  
Digərləri Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb”

İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin

arrow Ətraflı