Acun Ilıcalının qızları qəzaya düşdü


Dünya 15 Yan 2022 18:51:00 103 0

Acun Ilıcalının qızları qəzaya düşdü

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının qızları qəzaya uğrayıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Boluda Kartalkaya xizək mərkəzinə gedərkən Acun Ilıcalının qızlarının içərisində olduğu lüks cip yoldan çıxaraq meşəlik əraziyə aşıb.

Meşədəki ağaclara çırpılaraq dayanan lüks cip yararsız hala düşüb. Nəqliyyat vasitəsinin sürücüsü və sərnişinləri Leyla və Yasemin Ilıcalılar xəsarət almadan xilas olublar.

Son.az