Bu şəhərdə güclü qasırğaya görə fövqəladə vəziyyət elan edildi


Dünya 15 Yan 2022 18:07:00 207 0

Bu şəhərdə güclü qasırğaya görə fövqəladə vəziyyət elan edildi

Güclü qasırğa səbəbindən Stavropolda fövqəladə vəziyyət elan edilib.

Son.az "Report"a istinadən xəbər verir ki, bunu Stavropol qubernatorou Vladimir Vladimirov deyib.

Bildirilib ki, güclü külək Stavropolda 35 min nəfəri işıqsız qoyub. Stavropol və Mixaylovsk şəhərlərində 100-dən çox ağac aşıb, 26 tikilinin dam örtüyünə zərər dəyib.