ABŞdan şok: Rusiyanın Ukraynaya hücum planı


Dünya 15 Yan 2022 09:45:00 138 0

ABŞdan şok: Rusiyanın Ukraynaya hücum planı

Hazırda Rusiyanın Ukraynaya potensial hücum və işğal üçün bəhanə yaratmaq üzərində aktiv şəkildə işlədiyini göstərən məlumatlar var.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqon sözçüsü Con Kirbi çıxış edib.

"Əslində bizdə məlumat var ki, onlar yalançı bayraq əməliyyatı keçirmək üçün bir qrup casusu vəzifələndiriblər. Bu ölkədə rus casuslarına, yaxud da Ukraynada rusca danışanlara hücum görüntüsü yaradacaq bir əməliyyat reallaşdırılmalıdır. Bununla işğal üçün bəhanə yaradılacaq", - Kirbi vurğulayıb.