Bakı sakini bıçaqlanıb


Digərləri 15 Yan 2022 08:13:00 84 0

Bakı sakini bıçaqlanıb

Bakının Sabunçu rayonunda 34 yaşlı kişi bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Savalan məhəlləsində 1988-ci il təvəllüdlü Mustafayev Allahverdi Mətləb oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.