“Hörümçək adam” cizgi romanının bir səhifəsi


Digərləri 15 Yan 2022 08:31:00 110 0

“Hörümçək adam” cizgi romanının bir səhifəsi

ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən hərracda "Hörümçək adam" cizgi romanının bir səhifəlik sənət əsəri 3,36 milyon dollara alıcı tapıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bundan əvvəlki rekord 657 min 250 dollara satılan 1974-cü il tarixli "The Incredible Hulk" sayına məxsus olub.

ABŞ-ın "Heritage" auksionunun salonundakı hərracda "Hörümçək adam" cizgi romanının 1984-cü il nəşrinin 25-ci səhifəsi 3,36 milyon dollara satılıb.

330 min dollardan açılan hərracda əsərin səhifəsinə verilən qiymət ilk gündə 3 milyon dolları keçib.

Eyni gün "Superman" cizgi romanının keçmiş saylarından biri də 2,18 milyon dollara alıcı tapıb.

Hər iki cizgi romanın alıcısının kimliyi açıqlanmayıb.