Novak Cokoviç saxlanıldı


Dünya 15 Yan 2022 08:35:00 121 0

Novak Cokoviç saxlanıldı

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Avstraliya sərhəd orqanları tərəfindən saxlanılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dünyanın ən yüksək səviyyəli kişi tennisçisinin COVİD-19-a qarşı peyvənd olunmadığı üçün immiqrasiya rəsmiləri tərəfindən iki dəfə vizası ləğv edilib.

Qaçqınlar üçün təcridxanaya köçürüləcəyi bildirilən Cokoviçin işi yekunlaşana qədər həbsdə saxlanacağı gözlənilir.

Novak Cokoviçin ölkədə qalıb-qalmamasına isə Avstraliya Federal Məhkəməsi qərar verəcək.

Federal Məhkəmədə baxılacaq iş yekunlaşana qədər onun ölkədən deportasiya olunmayacağına dair məhkəmənin qərarı ilə zəmanət verilib.

Qeyd edək ki, koronavirusa qarşı peyvənd olunub-olunmadığını açıqlamayan Cokoviç, 17-30 yanvar tarixlərində Melburnda keçiriləcək Avstraliya Açıq Tennis Turnirinə tibbi istisna qərarı ilə qatılacağını bildirib. Melburna çatdıqdan sonra azad edilmə qərarı qəbul edilməyən və giriş vizası ləğv edilən Cokoviç qaçqınların saxlandığı otelə göndərilib.