Qazlı içkilər xərçəng riskini iki dəfə artırır


Digərləri 14 Yan 2022 23:10:00 104 0

Qazlı içkilər xərçəng riskini iki dəfə artırır

Qazlı içkilər xərçəng riskini iki dəfə artırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyada tibb, sağlamlıq və elmi araşdırmalar haqqında məlumatlar dərc edən "Gut" jurnalının açıqlamasına əsasən gündə iki dəfədən çox qazlı və sərinləşdirici içkilərdən istifadə bağırsaq xərçənginin inkişaf riskini iki dəfə artırır.

Jurnal, şəkərli və qazlı içkilərin xüsusən qadınlarda 50 yaşından əvvəl bağırsaq xərçəngi riskini iki dəfə artırdığını açıqlayıb.

Həmçinin araşdırmalar zamanı müəyyən edilib ki, ABŞ əhalisinin təxminən 12 faizi hər gün bu içkilərdən üç porsiyadan çox istifadə edir.

Son illərdə bağırsaq xərçənginə bağlı ölümlərin artdığına diqqət çəkən mütəxəssislər, yoğun bağırsaqla inkişaf etməyə başlayan xərçəng növünün ilk olaraq "polip" ilə ortaya çıxdığını vurğulayıblar. Mütəxəssislər bütün poliplərin xərçəngə çevrilmədiyini bildirsələr də, erkən diaqnozun vacibliyini də qeyd ediblər.

Jurnalda dərc edilən araşdırma şəkərlə şirinləşdirilmiş içkilərlə xərçəng arasında əlaqəni də ortaya qoyub.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, sərinləşdirici içkilərlə yanaşı meyvə ətirli, enerji içkiləri də sağlamlıq üçün ciddi təhlükə yaradır.

Qəzada 2 nəfər xəsarət alıb  FOTO like
  • 14 Yan 23:05  
Digərləri Qəzada 2 nəfər xəsarət alıb FOTO

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası

arrow Ətraflı
KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama like
  • 14 Yan 23:00  
Dünya KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama

"Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezd

arrow Ətraflı
"Brent" markalı neftin qiyməti 86 dolları ötüb like
  • 14 Yan 22:55  
Digərləri "Brent" markalı neftin qiyməti 86 dolları ötüb

"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "

arrow Ətraflı
Zelenski üç azərbaycanlını təltif etdi like
  • 14 Yan 22:30  
Digərləri Zelenski üç azərbaycanlını təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Azərbaycan münasibətlərinin in

arrow Ətraflı
Birmərtəbəli ev yanıb like
  • 14 Yan 22:25  
Digərləri Birmərtəbəli ev yanıb

Goranboy rayonunda yanğın baş verib.

arrow Ətraflı
Əfqanıstanda 5,1 bal gücündə zəlzələ baş verib like
  • 14 Yan 21:54  
Dünya Əfqanıstanda 5,1 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzə

arrow Ətraflı