Əfqanıstanda 5,1 bal gücündə zəlzələ baş verib
Dünya 14 Yan 2022 21:54:00 117 0
Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: milli.az