ABŞda azərbaycanlı sürücüyə hücum etdilər FOTO


Dünya 14 Yan 2022 17:54:00 118 0

ABŞda azərbaycanlı sürücüyə hücum etdilər  FOTO

Amerika Birləşmiş Ştatlarında azərbaycanlı sürücüyə hücum olub.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkən özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, yanvarın 13-də bir amerikalıya avtomobilini "Stop" xəttin qarşısında dayanmadığı üçün siqnal verib. Bundan sonra həmin şəxs əsəbiləşərək onu izləməyə başlayıb.

Qarşıdan sağa dönərkən amerikalı maşından düşüb və həmyerlimizin maşınına hücum edib. O, azərbaycanlının maşınının ön şüşəsinə zərbə endirərək onu sındırıb.

Zərərçəkən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və hadisəni törədən şəxs həbs edilib.