"XızıAbşeron" külək stansiyası Azərbaycanın yaşıl enerjiyə keçidində mühüm addımdır
Digərləri 14 Yan 2022 08:24:00 102 0
Son illərdə qlobal iqlim çağırışları, dünyanın aparıcı ölkələrinin yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində iddialı öhdəlikləri və strategiyaları enerji sektoruna mühüm təsir göstərib və göstərəcək. Azərbaycanın yaşıl enerji siyasəti ilə bağlı aydın baxışı, məqsəd və vəzifələri var.
Bu xəbəri də oxu: Qaradağın bu qəsəbəsində məktəb yoxdur
Bu gün ölkə "yaşıl" enerjiyə keçid istiqamətində nəhəng addım atıb. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Elektrik stansiyasının tikintisi təxminən 18 ay çəkəcək. Stansiya Xızı və Abşeron rayonlarında yerləşəcək. İstismara verilməsindən sonra stansiya ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu o deməkdir ki, 300 minə yaxın ev elektrik enerjisi ilə təmin olunacaq. Layihə 300 milyon dollar xarici investisiya cəlb edəcək. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, bərpa olunan enerji istehsalının artması, şübhəsiz ki, qazın və ola bilsin ki, elektrik enerjisinin ixracını artıracaq ki, bu da ölkə büdcəsinə əlavə gəlir gətirəcək.
"Qaz və elektrik enerjisinin ixracından əldə edilən əlavə gəlirlər bərpa olunan elektrik enerjisinin daha da inkişafına xidmət edə və beləliklə, onun inkişafının davamlılığını təmin edə bilər", - deyə o bildirib.
İ.Əhmədov qeyd edib ki, son illər Azərbaycanda qaz hasilatı və ixracı səviyyəsinin sürətli artımı fonunda ölkə daxilində qaz istehlakının səviyyəsi də stabil olaraq artır.
Koronavirusun "omicron" variantı səbəbindən pandemiyanın yeni dal

Ötən ilin fevralın 19-da Gəncədə ondan ayrılmaq istəyən sevgilisini öl

Bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir.

Aeroport şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstə

"Omicron" əvvəlki ştamlardan daha sürətlə yayılır. Bunun inkub

Goranboyda narkotik satan və alan şəxslər saxlanılıb.

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 6 yaşlı uşaq a

ABŞ-ın "Ubiquitous Energy" şirkəti binaları ekoloji təmiz enerji

Türkiyənin ilk Grizu-263A mini peyki yanvarın 13-də Falcon 9 daşıyıcısı

Böyük Britaniya kraliçası II Yelizavetanın oğullarından biri olan York he

2016-cı ildən 2020-ci ilə qədər anemiyadan (qan azlığı) əziyyət çək

İsrail Həmas təşkilatının üzvlərini zərərsizləşdirmək üçün "
