İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır?


Digərləri 13 Yan 2022 23:55:00 159 0

İslam dinində bioenerji vasitəsilə müalicəyə necə baxılır?

Sehr bir hadisənin əsl səbəbini gizlətməklə insanlara təsir göstərmək və onları yanlış istiqamətləndirmək üçün istifadə edilən yalan və böhtan yığınından ibarətdir. Bu yolla müalicə aparmaq qeyri-mümkündür. Əgər bioenerji vasitəsilə insanlara fayda vermək mümkündürsə və bəzi xəstəliklər bununla müalicə edilirsə, bu məsələdə dini baxımdan bir problem olmaz. Çünki dində əsas odur ki, hər şey halal olsun. Başqa sözlə, bir şeyin haram və qadağan olması üçün dəlil-sübut lazımdır; bioenerji məsələsinə gəlincə, bu barədə bir qadağa yoxdur.