Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi VİDEO


Digərləri 13 Yan 2022 23:23:00 120 0

Daha bir bağçada tərbiyəçinin körpəyə qarşı vəhşiliyi görüntüləndi  VİDEO

Azərbaycanda bağça tərbiyəçilərinin körpələrə qarşı vəhşiliyi səngimək bilmir.

Son.az xəbər verir ki, özünü "tərbiyəçi" bilən qadının azyaşlıya qarşı tərbiyəsiz hərəkəti bir daha insanları övladlarını bağçaların ümidinə buraxarkən düşünməyə vadar edir.

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindəncavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.