Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZALdan açıqlama


Digərləri 13 Yan 2022 18:28:00 167 0

Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZALdan açıqlama

AZAL aviaşirkəti Bakı-İstanbul və Yerevan-İstanbul reyslərinə biletlər arasındakı fərqi şərh edib.

Aviaşirkət bununla bağlı bəyanat yayıb.

"Sosial şəbəkələrdə Bakı və Yerevandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə, 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Məlum olduğu kimi, aviaşirkətlərdə sərt tariflər yoxdur - aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.

Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.