DİNdən Bəhramın ironik videosu ilə bağlı açıqlama
Digərləri 13 Yan 2022 13:06:00 90 0
Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib. Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.
Bu xəbəri də oxu: “Oğluma dedim ki, əsir düşsən özünü öldür” Şəhid anasından ürək dağlayan sözlər VİDEO
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev qafqazinfo-ya açıqlamasında bildirib ki, B.Bağırzadənin videosu çəkindirici xarakter daşıyır:
"Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamı, sənətkardır. Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır".
Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Sonuncu belə hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən "Gelandewagen" sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşanıb.
Göyçay şəhərini içməli su ilə təmin edən iki magistral boru kəmərind

Xalq artisti Emin Ağalarovla dünyaca məşhur müğənni Kanye Uestin əməkda

"Rubyyfrais" nik adlı "TikTok" istifadəçisi dodaq dolğus

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Bakıda küçədə yatan azyaşlının görüntüsü yayılıb.

Ötən il "Qara dul" filmi ilə gündəmə gələn Skarlet Yohansonun

Zərdab rayonunda tanınmış el sənətçisi Aşıq Mütəllif vəfat edib.

Bu gün səhər İranın Əlborz vilayətinin İştihard sənaye parkında yağ

ABŞ-ın tanınmış aktyoru Bak Endjelin cinsini dəyişməzdən əvvəlki foto

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı s

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ərzaq təhlükəsizliyinin

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yeku

"Keçmiş televiziya rəhbərlərindən biri dedi ki, baxın görün müasi

Müğənni Türkan Vəlizadənin bahalı sırğası müzakirə mövzusu olub.
