"Virus endemik olmaq yolundadır”


Dünya 13 Yan 2022 08:24:00 120 0

"Virus endemik olmaq yolundadır”

"Sars-Cov-2 virusu tədricən endemik olur, bu hələ baş verməyib, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətin inkişafı üçün müxtəlif variantları nəzərdən keçirir".

Son.az "Report"a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove deyib.

Endemik xəstəlik bir bölgədə geniş yayılmış və insan cəmiyyətində daim mövcud olan bir xəstəlikdir. Müəyyən bir ərazidə törədiciləri daim mövcud olan infeksiyalar da endemik ola bilər.

"Virus endemik olmaq yolundadır. Bu, hətta mübahisə mövzusu deyil. Amma indi biz bu pandemiyanın tam ortasındayıq və yayılma səviyyəsi, onun intensivliyi, eləcə də yeni infeksiyaların əsas tibbi xidmətlərə təsir səviyyəsi, xəstəxanaya yerləşdirilmə səviyyəsi çox əhəmiyyətlidir. Beləliklə, virus endemik olmaq yolundadır, lakin biz hələ buna gəlməmişik", - ÜST rəsmisi vurğulayıb.