Səfər Əbiyev üzə çıxdı


Digərləri 12 Yan 2022 11:54:00 180 0

Səfər Əbiyev üzə çıxdı

Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb.

Son.az yeni sabah-a istinadən xəbər verir ki, sabiq nazirin də üzv olduğu "Dədə Qorqud" Milli Fondu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu mükafatlandırıb. Bu barədə E.Sabiroğlu məlumat paylaşıb.

Bildirib ki, "Dədə Qorqud" Milli Fondu "Azərbaycan dünyası" Beynəlxalq Jurnalı onu "Ədalətin qılıncı" beynəlxalq ordeni ilə təltif edib:

"Bu ordeni döşümə çox hörmət etdiyim və əsl insan kimi tanıdığım keçmiş müdafiə naziri Səfər Əbiyev və jurnalın baş redaktoru Eldar İsmayılov taxdı".