Bill Qeyts dünyada koronavirusa yoluxmaların azalacağını proqnozlaşdırdı


Dünya 12 Yan 2022 08:25:00 186 0

Bill Qeyts dünyada koronavirusa yoluxmaların azalacağını proqnozlaşdırdı

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts "omikron" ştammı dalğasının düşdüyündən sonra koronavirusa yoluxma halların azalacağını proqnozlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə B.Qeyts öz "Twitter" səhifəsində yazıb.

B.Qeyts bildirib ki, müxtəlif ölkələrinin səhiyyə sistemləri COVID-19-un "omikron" ştammının dalğası ilə birlikdə çətinliklərlə üzləşəcək. O hesab edib ki, xəstəliyin ən ağır halları peyvənd olunmamış vətəndaşlar arasında müşahidə olunacaq.

Bununla belə, B.Qeyts "omikron" dalğasından sonra koronavirusa yoluxma hallarının azalacağını proqnozlaşdırıb:

"Omikron" ölkədən keçdikdən sonra ilin qalan hissəsi daha az xəstələnmə olmalıdır, buna görə də koronavirus daha çox mövsümi qrip kimi müalicə olunacaq".