Avtomobil ağaca çırpılıb, 2 nəfər xəsarət alıb


Digərləri 12 Yan 2022 07:22:00 160 0

Avtomobil ağaca çırpılıb, 2 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca, daha sonra işıq dirəyinə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.