Bakıda qəbiristanlıq oğrularına bu cür mesaj verdilər VİDEO


Digərləri 12 Yan 2022 03:44:00 120 0

Bakıda qəbiristanlıq oğrularına bu cür mesaj verdilər  VİDEO

Paytaxtın Sabunçu rayonu Kürdəxanı kənd qəbiristanında vəfat edənlərin yaxınlarından biri ərazidən oğurluq edilməməsi üçün məzarın üzərinə müxtəlif yazılar yazıb. Qəbiristanlığın mollası ''Xəzər Xəbər''ə bildirib ki, burada son vaxtlar oğurluq hadisələrinin sayı artıb və yazılan yazılar da bu cür arzuolunmaz hadisələrin qarşısını almaq məqsədi daşıyır.

Yaxınları qəbir daşının üzərindən oğurluq edən şəxslərə bu cür mesaj verdilər. ''Əlləriniz qurusun''.

Paytaxtın Sabunçu rayonu Kürdəxanı kəndində yerləşən bu qəbiristanlıqda maraqlı bir addım atılıb.

İddia olunur ki, qəbirdə baş daşının arxa hissəsinə bu yazılar mərhumun yaxınlarından biri tərəfindən yazılıb. Daşın üzərində ''Gülü kim oğurlayarsa əlləri qurusun'' fikirləri qeyd olunub.

Kürdəxanı kənd qəbiristanlığının mollarlarından biri Elşən Rəhimovun sözlərinə görə, bu qəbiristanlıqda tez-tez oğurluq halları olur. Oğrular  əsasən mərmərdən olan qəbir daşlarını, daşların üzərinə qoyulan müxtəlif növ  gülləri aparırlar.

Elşən Rəhimov iddia edir ki, bu qəbir daşının da üzərindən tez-tez güllər oğurlandığından mərhumun yaxınları məcbur qalıb daşın üzərinə öz fikirlərini qeyd ediblər. Elşən Rəhimov qəbiristanlıqda mühafizəçi olmadığından bu cür halların baş verdiyini bildirdi.

Qeyd edək ki, bu qəbiristanlıq Kürdəxanı ərazisində yerləşən sayca 3-cü qəbiristanlıqdır.

Son.az xəzərxəbərin hazırladığı sujeti təqdim edir: