Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq


Digərləri 11 Yan 2022 23:01:00 122 0

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir.

Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.

Bioloji Təbabət klinikanın fizioterapiya şöbəsinin rəhbəri, həkim Süleymanova Ülviyyə Medicina.az-a açıqlamasında bunları bildirib.

"Uşaq 6 aylıqdan iməkləməlidir. Usağın evdə "xodunok"a qoyulması, guya anaların işini yüngülləşdirir. Uşaq yeriməyi tez öyrənir. Bu isə təbiətin və fiziologiyanın qanunlarına ziddir.

Uşaq iməkləyəndə əlləri və dizləri üstə qalır, bu zaman boynunu, başını məcburi yuxarı vəziyyətdə tutur. Bu hərəkətlər zamanı körpənin bütün onurğa əzələləri tarıma çəkilir, əzələ bərkiyir.

Artıq uşaq yeriməyə başlayanda onurğa və əzələ sistemi hazır vəziyyətə gəlir. Onurğa problemi olan azyaşlı xəstələrimin analarının 95% faizi etiraf edib ki, uşaq iməkləmədən "xodunok"a qoyulub. Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır.